Qadin.NET / Moskvada Avropanın ən böyük məscidi açıldı

Moskvada Avropanın ən böyük məscidi açıldı

Moskvada Avropanın ən böyük məscidi açıldı
Rusiyanın paytaxtı Moskvada Qurban bayramı ərəfəsində tarixi Cümə məscidinin açılış mərasimi baş tutub. 
ANS TV-nin məlumatına görə, açılış bu gün baş tutur. Mərasimində Rusiya prezideni Vladimir PutinTürkiyə prezidenti Rəcəb Tayyip ƏrdoğanQazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Fələstinin rəhbəri Mahmud Abbas iştirak edir. 
Tədbir çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin təkbətək görüşü də gözlənilir. 
1904-cü ildə tikilən Cümə məscidində 2005-ci ildən bəri təmir və genişləndirmə işləri aparılırdı. Ümumilikdə məscidin rekonstruksiyasına 170 milyon dollar vəsaitin xərcləndiyi bildirilir.
Avropanın və Rusiyanın ən böyük məscidi hesab olunan yerdə ilk dəfə sabah bayram namazı qılınacaq.
Bugün Moskvada yaşayan azərbaycanlılara daha bir şad xəbər verildi. Mer bildirib ki, şəhərdə daha böyük bir məscid də tikiləcək. 

Mənbə: ANS PRESS

23 sentyabr 2015
GO BACK