ANS PRESS-in məlumatına görə, bu hadisə Rusiya-Türkiyə yaxınlaşması fonunda çox mühüm hadisə kimi dəyərləndirilir və açılış mərasiminin "Fatihə" surəsinin oxunması ilə başlaması İslam aləminə bir sevgi mesajıdır, dünyaya sülh çağırışıdır.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında məhz bu fikirləri ön plana çəkib: "Moskvada məscidin insanlığa ehtiyacımız olduğu bir gündə açılması dünyada sülhün bərqərar olmasına kömək edəcək. Rusiyadakı müsəlman qardaşlarımızla aramızda olan münasibətlər iki ölkə arasında olan əlaqələri daha da inkişaf etdirməyə sövq edir. Rusiya fərqli inanclara sahib insanların bir yerdə yaşamasına ən böyük nümunədir.”
Mənbə: ANS PRESS