ANSPRESS-in məlumatına görə turun ilk oyun günü 4 matç baş tutub və 4 oyuna qapılara 12 qol vurulub.
Günün mərkəzi qarşılaşması isə son ölkə çempionu Münhenin "Bavariya" klubu və"Volfsbuq" arasında baş tutub.
"Alyans Arenada" baş tutan oyunda hesab artıq matçın 26-cı dəqiqədə açılıb. Qonaqların heyyətində Daniel Kalicuri, Yuliyan Drakslerin ötürməsindən sonra fərqlənib.
Meydana toplaşan azarkeşlər matçın 2-ci hissəsində "pivəçilərin" hücumçusu Robert Levandovskinin ifasında "qol şousuna" şahid olublar. Beləki, polşalı futbolçu 9 dəqiqəyə 5 qol vuraraq penta trikə imza atıb. ( 51, 52, 55, 57, 60-ci dəqiqələr).
mənbə: ANS PRESS