Qadin.NET / Miqrant fəlakəti: Avropa gələnlərə qəzəblənib

Miqrant fəlakəti: Avropa gələnlərə qəzəblənib

Miqrant fəlakəti: Avropa gələnlərə qəzəblənib
Avropa İttifaqı daxili işlər nazirlərinin 120 min miqrantın qitədə yerləşdirilməsi ilə bağlı planı təsdiq etməsi Mərkəzi Avropa ölkələri tərəfindən "qəzəblə" qarşılanıb.

Plana görə, miqrantlar İtaliya, Yunanıstan və Macarıstandan digər Aİ ölkələrinə köçürüləcəklər.
Milli.Az BBC-yə istinadən bildirir ki, lakin Rumıniya, Çexiya, Slovakiya və Macarıstan məcburi kvotanın qəbulunun əleyhinə səs verib.

Çexiya prezidenti Miloş Zeman bildirib ki, "yalnız gələcək bu addımın səhv olduğunu göstərəcək".

Qərara cavab olaraq:
Slovakiyanın baş naziri Robert Fico deyib ki, o, yeni qaydaları qəbul etməyəcək və "əksəriyyətin diktatına hörmət etməyəcək"
Çexiya daxili işlər naziri Milan Xovanets Twitter hesabında "tezliklə imperatorun geyimsiz olduğunun fərqinə varacağıq. Bu gün sağlam düşüncənin məğlubiyyəti idi" yazıb.
Radio Praqa xəbər verib ki, Çexiya bu məsələyə görə Avropa Məhkəməsinə müraciət edə bilər.
Latviya daxili işlər naziri qərarı dəstəkləsə də, yüzlərlə vətəndaş kvotaların tətbiqinə qarşı aksiya keçirib.
"Macarıstan çərşənbə axşamı verilən qərarı dəstəkləyəcək", - hökumət sözçüsü bildirib.

Avropa İttifaqının qaydalarına əsasən, miqrasiya siyasəti ilə razılaşmayan ölkənin Avropa Şurasına müraciət etmək hüququ ola bilər.
Finlandiya səsvermədə bitərəf qalıb. Əvvəllər plana qarşı çıxan Polşa isə qərarın leyhinə səs verib.
Plan bu gün Brüsseldə Aİ liderləri tərəfindən ratifikasiya olunmalıdır.
BMT-nin qaçqınlar agentliyi bildirib ki, plan "gəlməkdə olan miqrantların sayını nəzərə alanda" yetərli deyil.
Qurumun sözçüsü Melissa Fleminq deyib ki, "böhranın bu mərhələsində köçürülmə proqramı vəziyyəti stabilləşdirməyə kifayət etməyəcək".
BMT deyib ki, bu il dəniz yolu ilə Avropaya 480 minə yaxın miqrant gəlib və hər gün Avropa sahillərinə 6 min miqrant çatır.
Avropaya gələn miqrantların əsasını Suriyadakı münaqişədən yaxa qurtaran miqrantlar təşkil etsə də, onların arasında Əfqanıstan, Eritreya, Nigeriya və Somalidən olan qaçqınlar da var.

Mənbə: Milli.Az

23 sentyabr 2015
GO BACK