Qadin.NET / Məmməd Aslan dünyasını dəyişib

Məmməd Aslan dünyasını dəyişib

Məmməd Aslan dünyasını dəyişib
Ötən gecə dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslan Xırdalanda Kəlbəcər qaçqınlarının qəbristanlığında dəfn olunacaq.

Report" xəbər verir ki, mərhumun cənazəsi Zaqataladan Bakıdakı Əjdərbəy (Göy) məscidinə gətirilib.
Qohumlarının verdiyi məlumata görə, şair Zaqatalada qızının evində vəfat edib. Səhhətində yaranan problemlərə görə həkimlər M.Aslana təmiz dağ havası məsləhət görüblərmiş. Mərhum şair uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Mənbə: Milli.Az

 

23 sentyabr 2015
GO BACK