Qadin.NET / Ərdoğan Qarabağa görə Moskvaya gedir

Ərdoğan Qarabağa görə Moskvaya gedir

Ərdoğan Qarabağa görə Moskvaya gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti Rusiya prezidenti Valdimir Putinlə müzakirə etmək üçün Moskvaya gedir.Virtual.Az saytı xəbər verir ki, bu barədə "Stratfor" özəl kəşfiyyat agentliyinin növbəti analitik məqaləsində bildirilir."Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi" də adlandırılan agentliyin təhlilçiləri bildirir ki, Ankara ilə Moskva arasında gərgin münasibətlər təkcə Suriyaya görə yaranmayıb. Rusiya son vaxtlar Türkiyənin Qafqazdakı ən əsas müttəfiqi Azərbaycanla da danışıqlar aparır.Bəzi məlumatlara görə, Moskva ilə Bakı bu danışıqlar zamanı Azərbaycanla Ermənistan arasındakı dondurulmuş münaqişəni - Qarabağ münaqişəsini birdəfəlik həll etməyə çalışırlar."Stratfor"un təhlilçilərinin qənaətinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Bakını hərbi qarantı rolunda əvvəllər Türkiyə çıxış edirdi. İndi isə Rusiya bu regiondakı vəziyyətə təkbaşına nəzarət etmək istəyir.Analitiklər hesab edir ki, Rusiya Suriya problemindən və Qarabağ münaqişəsindən "Türk axını" layihəsinin gələcəyi məsələsi ilə bağlı Türkiyəyə təzyiq göstərmək üçün istifadə etməyə çalışır. Xatırladaq ki, "Türk axını" layihəsi üzrə işlər bu yaxınlarda tam dayandırılıb.

Mənbə: Milli.Az

 

22 sentyabr 2015
GO BACK