Qadin.NET / Hava haqqında

Hava haqqında

Hava haqqında
Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Gündüz cənub-şərq küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTac-a verilən məlumata görə, havanın temperaturunun gecə 18-22°, gündüz 26-31° isti olacağı gözlənilir.Yaxın 3-4 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 12-17°, gündüz 28-33° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15°, gündüz 23-28° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 14-19°, gündüz 27-32° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20°, gündüz 28-33° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 17-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti təşkil edəcək.

Mənbə: Milli.Az

22 sentyabr 2015
GO BACK