Qadin.NET / Milli mətbəxt paytaxtında damaq dadımız yoxlanılır

Milli mətbəxt paytaxtında damaq dadımız yoxlanılır

Milli mətbəxt paytaxtında damaq dadımız yoxlanılır
2015-ci ildə "Azərbaycanın milli mətbəxt paytaxtı" elan olunan Qaxda silsilə tədbirlər keçirilir. Bu çərçivədə rayon icra hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Ulu dad" milli mətbəxt festivalına start verilib.

Milli.Az Kanal S-ə istinadən (Region TV) xəbər verir ki, Qaxda keçirilən festivalda 7 rayondan gələn aşpaz və kulinarların əl işləri sərgilənib. 5 bölmədən ibarət festivalda xəmir xörəkləri, şirniyyatlar, bal məhsulları, dolma, plov və milli mətbəximizin digər nümunələri böyük maraq doğurub. Belə tədbirlərin rayonda turizmin inkişafına təkan verəcəyi şübhəsizdir. Festivalın sonunda mükafatlar təqdim olunub. 

Mənbə: Milli.Az

 

22 sentyabr 2015
GO BACK