ANS PRESS-in məlumatına görə, Rusiyanın kənd təsərrüfatı malları istehlakına nəzarət edən qurum (Rosselxoznadzor) bildirib ki, Avropa İttifaqının və 40-dan çox digər ölkənin rəsmi qurumları ilə ətin idxalı haqqında danışıqlar aparılır.
Qurumun rəhbəri Serqey Dankvert bildirib ki, 2015-ci ilin sonuna qədər ət məhsullarının Rusiyadan Azərbaycana, Braziliyaya, Vyetnama, İrana, Çinə, Mərakeşin, Serbiyaya,Hindistana, XeberTürkiyəyə və digər ölkələrə ixracı ilə bağlı danışıqlar həyata keçirilib.
Məlum olub ki, indiyə qədər Rosselxoznadzor məhsulların ixracı üçün Rusiya heyvandarlıq məhsuluna 61 baytarlıq sertifikatını təqdim edib və hələ 53 sertifikatı isə verməyə hazırlaşır.
2015-ci ildə Rusiya İsrailə, Misirə, Çinə, Şimali Koreyaya, Mərakeşə, Birləşmiş Ərəb Əmirliklərinə, Seneqala, Serbiyaya və CAR-a heyvandarlıq məhsullarını ixracı etmək hüququ qazanıb. Bundan əvvəl isə Rusiya Anqola, Vyetnam və digər Avropa Birliyi ölkələrinə öz məhsularını ixrac edə bilərdi.
Məlumata əsasən bu il Rusiyanın heyvandarlıq müəssisələrində yoxlamaları Azərbaycandan, Vyetnamdan, Çindən, Cənubi Koreyadan, Birləşmiş Ərəb Əmirliklərindən, Misirdən və İordaniyadan olan mütəxəssislər həyata keçirib. İlin sonuna kimi isə bu yoxlamalarda iştirak etmək üçün eyni zamanda XeberBraziliyadan, Serbiyadan, Çindən, İrandan, Türkiyədən,Filipindən, Səudiyyə Ərəbistanından və Yaponiyadan mütəxəssislərin gəlməsi planlaşdırılır.
Qurumdan verilən məlumata görə Azərbaycana ixrac olunacaq ət məhsulları arasında donuz əti üstünlük təşkil edəcək. Bu isə daha çox kolbasa və bu növ məhsulların hazırlanmasında istifadə olunacaq. Azərbaycana Rusiyadan gətiriləcək ət məhsullarının qiymətinə gəldikdə isə, bu haqda heç bir məlumat verilmir.
Ölkəmizə Ukraynadan gətirilən diri heyvanların qiymətləri isə açıqlanıb. Ukraynanın "Delovaya Stolitsa" qəzetinin məlumatına əsasən, iri buynuzlu heyvanların bir kiloqramı 1,6 dollara, xırda buynuzlu heyvanların isə bir kiloqrama 1,7 dollara satılıb.
Statistik məlumatlar göstərir ki, son illər Azərbaycana gətirilən diri heyvanların həcmində artım qeydə alınıb.
Mənbə: ANS PRESS