Qadin.NET / Teymur Rəcəbov mübarizəni dayandırdı

Teymur Rəcəbov mübarizəni dayandırdı

Teymur Rəcəbov mübarizəni dayandırdı
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinin tay-brek matçları baş tutub. 
Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/8 finala gedən yolda Azərbaycan millisinin lideri Teymur Rəcəbov da əlavə görüşlərdə mübarizə aparıb.
Rusiyalı Peter Svidlerlə ilk 2 oyunda qalib müəyyənləşmədiyindən şahmatçılar sürətli oyunda güclünün adına aydınlıq gətiriblər. Tay-brekdə ilk matç heç-heç bitsə də, ikinci oyun rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə 0,5:1,5 hesabı ilə məğlub olan Rəcəbov da yarışla vidalaşıb.
Dünya Kubokunda 6 şahmatçımızdan yalnız Şəhriyar Məmmədyarov yoluna davam edir.
Dünya Kuboku
1/16 final, tay-brek oyunlarıTeymur Rəcəbov (Azərbaycan) - Peter Svidler (Rusiya) - 0,5:1,5
İlk 2 oyun: 1:1
 Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynov üçüncü mərhələdə mübarizəni dayandırıb.

Mənbə: Milli.Az

19 sentyabr 2015
GO BACK