Qadin.NET / 1 əsrdən çox yaşı olan iki lüləkli samovar

1 əsrdən çox yaşı olan iki lüləkli samovar

1 əsrdən çox yaşı olan iki lüləkli samovar
TTV (Region TV) xəbər verir ki, Azərbaycanda misgərlik sənətinin yaşadılması çox erkən dövrlərə təsadüf edir və  ölkəmiz onun inkişaf edən mərkəzlərdən biri olduğunu sübut edir. Misgərlik sənəti Tovuzda çox yayılmasa da, burada ömrünü 40 ildir bu sənətə həsr edən sənətkar var.

Müsahibim deyir ki, misgərlər səbrli, incə, zərif zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Onun sözlərinə görə, əşyaların çoxunun 100-dən artıq yaşı var. Hətta elə əşya var ki, ulu babasından qalıb. Bu sıraya bir əsrdən çox yaşı olan samovar da daxildir. Misgər deyir ki, bu antik əşyadan istifadə də edirlər. Dəfələrlə alıcılar tərəfindən istənilsə də, misgər əşyanı qoruyub saxladığını və mənəvi dəyərinin böyük  olduğunu deyir.Fərhad usta deyir ki, əşyaların üzərində tarixlər də var ki, onlar bunun qədimliyini göstərir. Onun sözlərinə görə, əşyalar satışa da çıxarılır. Elə qiymətlər də onların görüşünə görə  70-200 manat arası dəyişir. Kənardan asan görünən bu sənət xüsusi zəhmət və diqqət tələb edir. Atasının ona miras qoyub getdiyi çətin, həm də məsuliyyətli sənətini nəvəsinin davam etdirməsini istəyir. Tək arzusu nəvəsi bu sənəti yaşatsın və gözəl sənətkar olsun. 

Mənbə: Milli.Az

 

19 sentyabr 2015
GO BACK