ANS PRESS-in məluatına görə, gücləndirilmiş iş rejiminə keçən qurumlardan biriAzərbaycan Dəmir Yolları QSC-dir.
Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, bayramın gəlməsi ilə əlaqədar qurum sentyabr ayının 21-dən etibarən növbəli iş rejiminə keçəcək. “Bayramın gəlməsi ilə əlaqədar əlavə 20 vaqon hazır vəziyyətə gətirilib. Hansı zona istiqamətində sıxlıq yaranarsa bu vaqonlar həmin istiqamətə veriləcək”,-deyə N. Əzməmmədov bildirdi.
Mənbə: ANS PRESS