Qadin.NET / İstirahət gününün havası

İstirahət gününün havası

İstirahət gününün havası
İstirahət günü Bakıda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də yarımadasında havanın dəyişkən buludlu olacağı, səhər və axşam arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 25-29, Bakıda isə gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında sentyabrın 20-də səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var, Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Rayonlarda havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

19 sentyabr 2015
GO BACK