ANS PRESS-in məlumatına görə, ümumilikdə bu ilin 8 ayında 500-dən artıq yol qəzası baş verib, təxminən 120 nəfər isə həyatını itirib. Bu qəzaların əksəriyyəti ictimai nəqliyyatla bağlıdır. BDYPI-nin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, bu ilin 8 ayında avtobusların iştirakı ilə 59 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 22 nəfər dünyasını dəyişib, 63 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayında 2 fakt artıb, ölü sayı isə 2 nəfər azalma müşahidə olunur.
Mənbə: ANS PRESS