ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, AzərbaycanRespublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin edilib.
Təşkilat Komitəsi üzvləri isə aşağıdakılardır:
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri;
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri;
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri;
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;
Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri;
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri;
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri;
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri;
Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini;
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi;
Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti;
Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri;
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;
Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü
Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;
Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru;
Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru;
Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat Komitəsinin katibi).
2013-cü il 24 iyul tarixdə IV İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qəbul edilib.
IV İslam Həmrəyliyi Oyunlarına 57 ölkədən idmançıların gələcəyi nəzərdə tutulub. Bunlar arasında Səudiyyə Ərəbistanı, , Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Özbəkistan, Mərakeş,İran, Albaniya, Maldiv adaları kimi ölkələr var.
Mənbə: ANS PRESS