Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər sentyabrın 9-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında ikitərəfli xroniki baş-beyin substral hematoma xəstəliyindən əməliyyat olunub.Oxu.Az xəbər verir ki, əməliyyat uğurla keçsə də 70 yaşlı bəstəkarın vəziyyəti sonradan ağırlaşıb. Hazırda reanimasiyaya yerləşdirilib.Bu haqda oxu.az-a məlumatı bəstəkarın ailəsinin yaxın dostu, şairə Rəsmiyyə xanım məlumat verib:"Hazırda reanimasiyadadır. Qohumları ona dəstək olmurlar. Xəstəxanada daim onun yanında həyat yoldaşı ilə qızı olurlar".
Mənbə: Milli.Az