Qadin.NET / Bakıya qaçan erməninin son addımı

Bakıya qaçan erməninin son addımı

 

Bakıya qaçan erməninin son addımı

Erməni mətbuatı rəsmi Bakıdan siyasi sığınacaq almış erməni fəal, Ermənistan Millətdaxili Azadlıq Hərəkatının lideri Vahan Martirosyanın Azərbaycana Gürcüstan xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edirlər.
ANS PRESS-in məlumatına görə, bu versiyanın tərəfdarları iddia edirlər ki, Vahan Martirosyan siyasi sığınacaq üçün Gürcüstana müraciət edibmiş, amma Gürcüstan xüsusi xidmət orqanları onu Azərbaycana satıblar.Bu versiyalar Azərbacanı diqqətli olmağa vadar edir. Sentyabarın 18-də saat 12-də Bakıda mətbuat konfransı keçirəcək Vahan Martirosyanın ilk çıxışında nə deməsindən asılı olmayaraq, gələcəkdə o da 2010-2014-cü illərdə 5 nəfərlik ailəsi ilə birlikdə Azərbaycana sığınmış Yeqişe Gevorkyan kimi davrana bilər. İrəvana dönən Gevorkyan haqqında qaldırılmış cinayət işlərindən yaxa qurtarmaq üçün Azərbaycan haqqında geniş əks təbliğata başlamışdı və erməni mətbuatı bir müddət bunu öz təbliğat ruporunda istifadə etmişdi. 
Amma Vahan Martirosyanın Bakıya gəlməsində dəstəkçi olmuş QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və hüquq müdafiəçisi Novella Cəfəroğlu Vahan Martirosyana çox inanırlar.ANS PRESS-ə müsahibə verən Novella Cəfəroğlu Vahan Martirosyan barədə ondan xahişi Cənubi Qafqaz Qadın Konqressindən tanıdığı erməni QHT-çi qadınların etdiyini deyir: “Buna görə onu orada çox incidiblər. Arvadı Karina Martrosyanı elə döyüblər ki, uşaq salıb. Bir körpələri ilə Azərbaycana sığınmağa məcbur olublar. Mənə əvvəlcə deyəndə, cavab verdim ki, qoy Gürcüstandan, ya başqa ölkədən sığınacaq istəsin. Amma dedilər ki, o, Azərbaycana gəlməkdə israrlıdır. Sonra özləri ilə tanış oldum, gördüm, vəziyyətləri doğrudan da ağırdır. Bundan sonra Azərbaycan rəhbərliyinə müraciət etdim”.
Azay Quliyev isə Vahan Martirosyanın Ermənistanda çox sayda tərəfdarının olduğunu deyir. “O, Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan hakimiyyətini işğalçı sayır və Qarabağın Azərbaycan torpağı olmasını dəfələrlə bəyan edib. Ermənistanda bu cür düşünən insanlar çoxdur. Sadəcə, hakimiyyət belə adamları çox incidir ki, səsləri çıxmasın. Amma Vahan Martirosayan qorxmayıb, danışıb”, - deyə Azay Quliyev ANS PRESS-ə bildirib. 

 

Mənbə: ANS PRESS

18 sentyabr 2015
GO BACK