Qadin.NET / Avropa Azərbaycanın ayağına düşdü

Avropa Azərbaycanın ayağına düşdü

Avropa Azərbaycanın ayağına düşdü
Avropa Parlamenti Azərbaycanın “Avronest” ilə əməkdaşlığın dayandırılması proseduruna başlanması barədə Milli Məclisin qərarı ilə bağlı bəyanat verib.
ANS PRESS-in məlumatına görə, bununla əlaqədar “Avronest”in həmsədrləri Heydi Hautala (Finlandiya) və Viktor Dolidze (Gürcüstan) çıxış edib, bunun təəssüf doğurduğunu bildiriblər.
Onların fikrincə, Milli Məclis “Avronest” PA Bürosunu rəsmən xəbərdar edərsə, “Avronest” PA ilə normal münasibətləri saxlamaq üçün tədbirlər təklif ediləcək. İstənilən halda “Avronest” Şərq tərəfdaşlığının parlament qanadı olaraq qalır, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin siyasi və iqtisadi inteqrasiyasına xidmət etməyə davam edəcək.Bəyanatda deyilir ki, “Avronest” PA-da iştirak üçün hər kəsə könüllü və suveren seçim verilir. Bu mənada biz Milli Məclisin qərarını qəbul edirik və hörmətlə yanaşırıq. Eyni zamanda Milli Məclisin region üçün bəlli əhəmiyyətə malik parlament iclaslarında özünü səs hüququndan məhrum etməsinə təəssüflənirik. “Avronest” PA qanununa görə, bu qurumdan çıxmaq xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə məsələləri müzakirə etməyə hazır olduğumuzu bildiririk.
Ümumiyyətlə, “Avronest”PA Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsünün parlament komponentidir. Assambelyanın tərkibində Avropa Parlametindən 60 və təşəbbüs iştirakçısı olan dövlətlərin – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın hər birindən 10 deputat iştirak edir.

Mənbə: ANS PRESS

17 sentyabr 2015
GO BACK