"Stratfor" analitiklərinin fikrincə, Dağlıq Qarabağa Rusiyanın sülhməramlı qüvvələrinin yeridilməsi həmin ərazilərin faktiki olaraq Azərbaycana qaytarılması deməkdir.Amerikalılar onu da bildiriblər ki, Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistan nə qədər çalışsa da, Moskvanın planına mane ola bilməyəcək.
"Stratfor"un Dağlıq Qarabağla bağlı mediaya belə sızdırması yenilik deyil və hər "məxfi plan" açıqlamasından sonra bölgədəki vəziyyətə kənar təsirlərin forması ilə gücündə dəyişikliklər başlamışdı.
Qərb, daha doğrusu, ABŞ, deyəsən, Cənubi Qafqazdakı ən təhlükəli münaqişə statusunu itirməmiş Dağlıq Qarabağ probleminin həllində aktivləşmək istəyir.Amma necə, hansı yolla və ümumiyyətlə, Birləşmiş Ştatların təşəbbüslərinin bir nəticəsi olacaqmı?Vaşinqton indiyədək həmişə olduğu kimi, tək hərəkət etmir. Onun planlarının avanqardında Avropa Birliyidir.O Avropa Birliyi ki, Almaniyanın qitədə geosiysi "ağırçəkili" statusu qazanmasına yönəlmiş siyasətinin reallaşması istiqamətində Berlinin postsovet məkanındakı yeni oyunlarını görməzdən gəlir və məhz Almaniyanın ssenarisi əsasında Avropa Parlamentinin Azərbaycanla bağlı marazmatik qətnamə qəbul etməsinə göz yumur.Bu, illərdən bəri bəhs etdiyimiz, amma əsla dəyişməyən ikili standartlar siyasətinin təzahürlərindən biridir. Standartların fərqli olması tək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durumda əks olunmur: Qərbin ümumilikdə, bütün müsəlman aləminə münasibətində standartların yerlərinin dəyişdirilməsi, fərqi aşkardır.Sovetlər Birliyi dağılandan sonra parçalanan imperiyanın ərazisində yeni yaranan və ya onilliklər əvvəl qəsb olunmuş dövlətçiliyini bərpa edən ölkələrdə çeşidli məhəlli, etnik münaqişələr alovlandı.Qərbin həmin münaqişələrə yanaşması, çözüm prosesində iştirakı və konflikt edən tərəflərə təsir metodları fərqli idi.Dağlıq Qarabağ münaqişəsi istisna olmaqla, bütün münaqişələrdə Qərb birmənalı olaraq ərazi bütövlüyü pozulan və suverenitetinə xələl gələn dövlətləri müdafiə etdi.
Aktiv şəkildə, siyasi, maliyyə və bəzən hərbi-texniki dəstək verməklə.
Yalnız Dağlıq Qarabağ münaqişəsində ABŞ və Avropa Birliyi sözdə Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyini dəstəklədiklərini bəyan etdilər.İşdə isə ABŞ Konqresi qarabağlı erməni separatçılarına sürəkli maliyyə yardımları ayırdı və həmin pul axını hələ də kəsilməyib.1992-ci ildə isə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş bəhs etdiyimiz duruma, yəni ABŞ-ın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara ən bariz misallardan biri sayıla bilər.ABŞ-ın vitse-prezidenti Cozef Bayden bir neçə dəfə etiraf edib ki, "Azərbaycana qarşı təzyiqlər və pressinq davam etdirilməli, Dağlıq Qarabağ münaqişəsində aşkar şəkildə tərəf tutulmamalıdır".Cozef Bayden demokrat sayılsa da, Yaxın və Orta Şərqdəki situasiyanın gərginləşməsinə yönəlmiş ssenarinin oyunçularından biridir. Belə ki, 2007-ci ildə ABŞ Senatının qəbul etdiyi, İraqın federativ dövlətə çevrilməsi ideyasını dəstəkləyən qətnamə layihəsinin müəllifi məhz cənab Baydendir.
Mənbə: Milli.Az