Qafqazinfo" xəbər verir ki, bu sözləri Milli Məclisin 105 saylı Tovuz seçki dairəsindən olan deputatı Qənirə Paşayeva sosial şəbəkədə qeyd edib.Deputat gənc xanımlarımızın bələdiyyə və parlament seçkilərində fəallıqlarının artmasına görə sevindiyini bildirib:"Bu seçkilərin də hər dəfə olduğu kimi, yüksək səviyyədə baş tutacağına inanıram və ölkəmizin, millətimizin maraqlarını hər şeydən üstün tutan, suverenliyimizin, müstəqilliyimizin qorunub saxlanması, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində çalışan hər kəsə uğurlar diləyirəm. Heydər Əliyev tərəfindən əsası qoyulan, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən daim dəstəklənən qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında rolunun daha da genişlədirilməsi siyasəti nəticəsində çoxlu sayda gənc xanımlarımızın bələdiyyə və parlament seçkilərində fəallıqlarının artması hamımızı sevindirir.Onlara bu seçkilərdə də uğurlar diləyirəm. Bu vəsilə ilə dördüncü çağırışda mənə onları təmsil etmək kimi şərəfli bir missiyanı etibar etmiş və mənə öz ailələrinin bir üzvü kimi yanaşmış 105 saylı Tovuz seçki dairəsindəki bütün dəyərli seçicilərimizə, sakinlərimizə bir daha dərin təşəkürümü bildirirəm".
Mənbə: Milli.Az