Qadin.NET / Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib

Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib

Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib
ABŞ prezidenti Barak Obama Texas ştatında evdə hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmmədin bomba gəzdirdiyi şübhəsi ilə saxlanılmasına reaksiya verib.

Report" BBC-yə istinadən xəbər verir ki, Obama öz twitter hesabından "Qəşəng saatdır. Onu Ağ Evə gətirmək istəyərsən? Biz sənin kimi bir çox uşağı elmə həvəsləndirməliyik. ABŞ-ı qüdrətli edən budur" sözlərini yazıb.Qeyd edək ki, valideynləri Əhmədin müsəlman olduğu üçün bu hadisənin baş verdiyini iddia etmişdilər.Sentyabrın 14-də baş verən hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olmuşdu.

Mənbə: Milli.Az

 

17 sentyabr 2015
GO BACK