Qadin.NET / Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı

Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı

 

Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı

Məkkədə faciəyə səbəb olmaqda günahlandırılan Usama Bin Ladenin ailəsinə məxsus şirkət cəzalandırılıb.
ANS PRESS-in məlumatına görə, məhkəmənin qərarı ilə “Saudi Bin Ladin Group” tikinti şirkəti faciədə həyatını itirən hər bir şəxsin ailəsinə 270 min dollar təzminat ödəyəcək.
Ərəb mətbuatının yazdığına görə, şirkət həmçinin Səudiyyə Ərəbistanının Kral məhkəməsinin qərarı ilə yeni müqavilələri imzalamaqdan məhrum edilib. Qadağa araşdırmalar başa çatana qədər qüvvədə olacaq. 
Bundan başqa, məhkəmə ölkənin Maliyyə Nazirliyinə şirkətin bütün layihələrində audit yoxlamasını aparmaq barədə göstəriş verib. Bin Ladenin ailəsinin bəzi üzvlərinə bir müddətlik yaşadığı yeri tərk etməmə barədə qadağa qoyulub.
2001-ci ildə ABŞ-da 11 sentyabr terror aktını törətməkdə günahlandırılan "Əl-Qaidə" lideriUsama Bin Ladenin ailəsinə məxsus tikinti şikəti Məscidi-Haramın genişləndirilməsi məqsədi ilə yenidənqurma işləri həyata keçirirdi. Şirkət Usama Bin Ladenin atası tərəfindən qurulub. Dünyanın ən böyük binası "Bürc Xəlifə"nin də tikintisi Binladen ailəsinə məxsus “Saudi Bin Laden Group” tikinti şirkəti tərəfindən həyata keçirilib. Ölkədə aparılan tikintilərin əksər hissəsinin sərmayədarı bu şirkətdir. “Saudi Bin Laden Group” Qərb şirkətləri ilə də əməkdaşlıq edir.

 

Mənbə: ANS PRESS

16 sentyabr 2015
GO BACK