Qadin.NET / Azərbaycanda bələdiyyə sistemində yenilik

Azərbaycanda bələdiyyə sistemində yenilik

 

 


Ölkədə bələdiyyələrin işində keyfiyyətin artırılması üçün bir sıra tədbirlər həyata keçirilir. İlk olaraq Nəsimi rayon bələdiyyəsi xüsusi təşəbbüs irəli sürüb. Türkiyənin İzmit şəhər bələdiyyəsilə birgə fəaliyyətə start verib.Artıq bələdiyyələrimiz xarici təcrübədən yararlanmağa başlayıb. Nəsimi rayon bələdiyyəsi bu istiqamətdə ilk addım atıb. Əvvəlcə Türkiyə Respublikasının İzmit şəhərinin bələdiyyəsinin nümayəndə heyəti Nəsimi Rayon İcra Hakimiyyətində olub. Daha sonra Kocaəli şəhərinin bələdiyyə sədri Nevzat Doğan Nəsimi rayonun sosial-mədəniyyət və turizm oyektlərilə maraqlanıb. Bu haqda ətraflı məlumat əldə edib.
İzmit və Kocaəli şəhər bələdiyyəsinin sədri deyir ki, hər iki bələdiyyə rəqabətli şəkildə fəaliyyət göstərəcək.
“Bu gün İki bələdiyyə qurumu arasında həm təcrübələrimizi, həm də bilgilərimizi bir-birmizlə bölüşmək istiqamətində bir yol açmış olduq. Bundan sonra da sosial, mədəniyyət və.s. kimi sahələrdə fəaliyətlərimizi gücləndirəcəyik”, – deyə İzmit şəhərinin bələdiyyə sədri Nevzat Doğan bildirib.
Nəsimi rayon bələdiyyə sədri Nazim Qaraxanovun sözlərinə görə, bu görüş Nəsimi rayon bələddiyə sisteminə bir növ təkan vermiş olacaq. Yəni bələdiyyə işi bununla da daha yaxşılaşacaq:
“Əlbəttə ki, Türkiyənin İzmit şəhərinə səfər etdiyimiz zaman onların illər uzunu bu sahədə topladığı təcrübəni öyrənməyimiz lazımdır. Eləcə də qarşılıqlı olaraq həm bizim, həm də onların nümayədə heyətləri arasında fikr mübadiləsi aparılmalıdır”. 
Hər iki ölkə nümayəndələri bir-birinə hədiyyələr də verib.

Mənbə: ANS PRESS

16 sentyabr 2015
GO BACK