Qadin.NET / İran Türkiyədən kömək istəyir

İran Türkiyədən kömək istəyir

 

İran Türkiyədən kömək istəyir

İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün Türkiyə ərazisində yerləşən Van gölünün suyundan istifadə edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə gölün xilası məqsədi ilə yaradılan komissiyanın üzvü İsa Kəlantəri deyib.
Onun sözlərinə görə, əvvəlcə hər iki gölün suyunun bir birinə uyğun olub-olmamasını yoxlamaq üçün laborator analizlər aparılacaq. Daha sonra iki ölkə arasında texniki və siyasi müzakirələr başlayacaq.
İsa Kəlantəri Gürcüstandan Urmiya gölünə su nəql edilməsinində planlanlaşdırıldığını desə də, bunun o qədər də real olmadığını vuğulayıb.Bir müddət əvvəl isə Urmiya gölünün suyunun çoxaldılması üçün Ermənistanda yerləşən Göyçə gölünün suyundan istifadə ediləcəyi iddia edilirdi. Bu barədə iddianı İran KİV-ləri yaymışdı. 
Hətta Ermənistanın ekologiya naziri Aramais Qriqoryan məsələnin ciddiliyini nəzərə alıb və mətbuatda dərc olunan məlumatla bağlı açıqlama verib.
Nazir deyib ki, Sevan (Göyçə) gölünün təmiz suyunun İrana axıdılması fikri tamamilə cəfəngiyatdır. Belə bir ideya, plan yoxdur və ola da bilməz.
Onun sözlərinə görə, İran KİV-ləri səhv informasiya yayıb və ermənidilli mətbuat orqanları bunu şişirdiblər. Nazir İranla belə razılaşmanı istisna edib.Jurnalistlər isə "əgər bu məsələ birdən aydınlaşarsa, doğru olarsa, yəni gizli razılaşma üzə çıxarsa, o istefaya verəcəkmi" sualına cavab verməyib.
Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşir. İranın ən böyük gölü sayılır. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanınnəvəsi Hülakü xanın qəbri var. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara mУ™nfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır.

 

Mənbə: ANS PRESS

16 sentyabr 2015
GO BACK