Qadin.NET / Saakaşvili yalançılıqda ittiham olunur

Saakaşvili yalançılıqda ittiham olunur

 

Saakaşvili yalançılıqda ittiham olunur

Böyük iddialarla qubernator olan Mixail Saakaşvilinin bu dəfə bəxti gətirməyib. Ukrayna prezidentinin saytında qubernatoru olduğu Odessa şəhərinin sakinləri tərəfindən onun istefaya göndərilməsi ilə bağlı ərizə daxil olub. 
ANS PRESS-in məlumatına görə, sayta göndərilən petisiyada iddiaçılar Saakaşvilinin qubernator kimi fəaliyyət göstərdiyi üç ay ərzində verdiyi vədin heç birini yetirmədiyini yazırlar.
"Odessa ərazisinin sakinləri həqiqi bir islahat həyata keçirildiyinin şahidi olmayıb. Saakaşvilinin bütün islahatları yalnız sözdə qalıb. Müsahibə verməyi xoşlayan qubernator korrupsiya ilə mübarizəni yalnız telekanallarda aparıb”, – deyə iddiaçılar yazır.
Həmçinin sənəddə deyilir ki, Saakaşvilinin vədlərinə baxmayaraq regiona investisiyalar cəlb edilmir. "Ukrayna prezidentindən Mixail Saakaşvilini tutduğu vəzifədən azad olunmasını xahiş edirik. Sınağımız uğursuz oldu”, - deyə ərizədə yazılıb. 
Sənədin altında 56 nəfərin imzası var. 

 

Mənbə: ANS PRES

16 sentyabr 2015
GO BACK