Qadin.NET / Məktəbli gündəliyində biabırçı səhv

Məktəbli gündəliyində biabırçı səhv

 

Məktəbli gündəliyində biabırçı səhv

Azərbaycanda orta məktəblərdə istifadə edilən məktəbli gündəliyində biabırçı səhv aşkarlanıb.  

 

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, gündəlikdə yer alan "Bayram günləri" bölməsində Dövlət Müstəqilliyi Günü 9 noyabr olaraq göstərilib. Halbuki, 9 noyabr tarixi "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi qeyd olunur. "Dövlət Bayrağı Günü" isə 18 oktyabr olaraq göstərilib.
 Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi günü, Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. 

Mənbə: Milli.Az

16 sentyabr 2015
GO BACK