Şəriətə görə, aşağıdakılar murdar sayılır: insanın və əti yeyilməyən heyvanın nəcasəti, sidiyi, məni (sperma), qan, bismillahsız kəsilən və ya özü ölən heyvanın əti, alkoqollu içki, itin və donuzun bədəni və bədəninə aid olan hər şey, Allaha inanmayan kafirin bədəni, nəcis yeyən heyvanın bədənindən çıxan tər.
Milli.Az islam.az-a istinadən bildirir ki, bu 10 murdar maddə şəriətdə "nəcasət" adlanır. Onlar rütubətli halda toxunduqları hər şeyi də murdar edirlər. Nəcasətin özünü yumaqla və ya hər hansı yolla pak etmək olmaz, onun nəm halda toxunduğu əşyaları isə pak etmək lazımdır.Yuxarıda sadalanan nəcasətdən başqa qalan maddələr pak hökmündədir. Şəriətdəki "murdar (nəcəs)" anlayışı məişətdə qəbul etdiyimiz çirkli, kirli anlayışından fərqlidir. Kirli əşyadan istifadə etmək üçün onu yumaq və təmizləmək kifayətdir. Amma murdarlığa bulaşmış əşyanı isə təmizlədikdən sonra həm də pak etmək vacibdir.
Mənbə: Milli.Az