Bəstəkar-müğənni Elza Seyidcahan builki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.
Milli.Az aznews.az-a istinadən bildirir ki, bu barədə müğənni özü məlumat verib. O bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib: "Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm". E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb: "Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm".
Mənbə: Milli.Az