ANS TV-nin məlumatına görə, bu gündən etibarən 25 təsiredici maddə üzrə 1057 adda dərmanın Tarif Şurasının tənzimlədiyi qiymətlə satışına başlanıb. Qiymətlər qablaşmanın üzərində əksini tapıb. Müşahidələr zamanı məlum oldu ki, yeni qiymətlə köhnə qiymət arasında fərq kifayət qədər böyükdü.
Satıcı İradə Quliyeva deyir ki, əvvəllər 5 manata satılan dərman, indi 3 manat 37 qəpiyə alıçıya təklif olunur.
Bütün apteklərdə dərmanlar eyni qiymətə müştəriyə təklif edilir. Başqa sözlə, artıq qiymət deyil, xidmət və keyfiyyət rəqabəti aparılır.
Alıcıların da artıq daha ucuz dərman üçün bir neçə aptek gəzməsinə ehtiyac qalmayıb.
Dərmanı dövlətin tənzimlədiyi qiymətdən baha satılması, üzərindən tarifin qoparılması kimi hallara qarşı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyi ilə birgə apteklərdə nəzarət həyata keçirir. Bu hala yol verən şəxsləri 10 min manat və daha artıq cərimə gözləyir.
Antiinhisar departamentin şöbə müdiri Şahin Nağıyev sözlərinə görə, onlar bilməlidir ki, Tarif Şurası tərəfindən təsdiq edilmiş hər bir dərman vasitələrini qablaşdırılması zamanı üzərində qiymət göstərilməlidir.
Alıcıları daha çox maraqlandıran sual bütün dərman vasitələrinin qiymətinin aşağı salınmasıdır. Bu proses ilin sonuna qədər başa çatacaq.
Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov deyir ki, ilk olaraq həyatı vacib olan 1057 adda dərmanın vasitələri qiymətinin tənzimlənməsin prosesinə başlanıldı, bu proses davam etdirilir.
Hazırda daha 55 təsiredici maddə üzrə dərman vasitəsinin qiymətlərinin tənzimlənməsinə başlanıb.
Şuranın katibliyində sənədlərin qəbulu başa çatdırılıb.
Mənbə: ANS PRESS