Qadin.NET / Bakıya həsrət qalan rayon camaatı

Bakıya həsrət qalan rayon camaatı

Bakıya həsrət qalan rayon camaatı
Bu gün səhər saat 07:00-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin paytaxta buraxılmasına qadağa qoyulub.
ANS PRESS-in məlumatına görə, rayonlardan Bakıya daxil olan bütün yollarda polis postları qurulub. Həmin postlarda olan polis əməkdaşları rayonlardan gələn sürücüləri Bakının iki əsas girişində qurulan pulsuz avtodayanacaqlara yönləndirirlər. Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, ikincisi isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.
Şimal istiqamətindən daxil olan sürücülər “VAZ yol qovşağı” dayanacağında avtomobillərini saxladıqdan sonra onların şəhərə gediş gəlişini təmin etmək üçün 135, 199 və 203 saylı pulsuz avtobus xətləri yaradılıb ki, bu avtobuslar vasitəsi ilə rayonlardan gələn sakinlər “20 yanvar” metro stansiyasına çatdırılacaq.Lakin burada diqqət çəkən bir məqam içərisində xəstə sərnişini olan rayon maşınlarının da şəhərə buraxılmamasıdır.

Avtodayanacaqda nəzarətçi olan şəxslər deyir ki, maşınında xəstəsi olan sürücülər də avtomobillərini dayanacaqda saxlamalıdırlar. 
“Burada bizim tibbi yardım otağımız var. Həmin otaqda xəstəyə ilkin yardım göstərilir. Lakin əgər xəstənin vəziyyəti ağır olarsa onu dərhal ərazidəki təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya çatdırırıq”,-deyə dayanacaq işçisi Rasim Məmmədov bildirdi.

Mənbə: ANS PRESS

15 sentyabr 2015
GO BACK