Qadin.NET / Mobil operatorlar müştəriləri aldada bilməyəcək

Mobil operatorlar müştəriləri aldada bilməyəcək

Mobil operatorlar müştəriləri aldada bilməyəcək
İlin sonuna qədər ölkədə fəaliyyət göstərən mobil operatorlarla lisenziya müqaviləsi imzalanacaq. Hazırda müqavilənin imzalanması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlarla birgə hazırlıq işlərini həyata keçirir. 
Bu barədə ANS PRESS-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimlənmə şöbəsinin müdiri Əlyar Təmirov məlumat verdi. Onun sözlərinə görə bu ildən etibarən onlarla yeni lisenziya müqaviləsi imzalanacaq. 
Əlyar Təmirov qeyd etdi ki, 1996-cı ildə lisenziyalaşdırma hqqında vahid qaydalar olmadığına görə mobil xidmətlərin tətbiq edilməsi üçün operatorlarla sadəcə lisenziya müqaviləsi imzalanıb. Həmin müqavilənin müddəti isə bu ilin sonunda bitir. Ona görə də hazırda onlara yeni lisenziyanın verilməsi ilə bağlı tədbirlərə start verilib. Dövlət başçısının fərmanı ilə lisenziya verilməsi qaydalarına dəyişilik edilib. Artıq operatorlara lisenziya verilməsi üçün onlarla yeni lisenziya müqaviləsi də imzalanacaq. 
Həmin müqavilədə isə istifadəçilərə təklif olunan xidmətlərlə bağlı operatorlar qarşısında bir sıra öhdəliklər qoyulur. 
"Bura xidmətlərin beynəlxalq standartlara uyğun təşkili , xidmətin keyfiyyət göstəriciləri müəyyən olunmuş standartalara uyğunlaşdırılması, qoyulan texniki tələblərə əməl olunması, tariflərin aydın göstərilməsi, xidmətlərin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi və digər öhdəliklər aiddir"- deyə nazirliyin rəsmisi əlavə etdi. 
Bu il lisenziyanın verilməsi şərtlərində də dəyişilik ediləcək. Hazırda Nazirlər Kabinetinə bu şərtlərin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Qurum 2 ay müddətində şərtləri tam hazırlamalıdır. 
Nazirlikdən bildirilər ki, bütün mobil operatorlar müqavilədə nəzərdə tutlan öhdəliklərə əməl etməlidirlər. Əks halda onlara qarşı qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək. 
Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da bir müddət öncə mobil operatorlara xəbərdarlıq etmişdi. Onun sözlərinə görə lisenziya verilməsi zamanı əsas tələb operatorların yüksək mobil və şəbəkə xidmətlərinin göstərilməsi ilə bağlıdır. Yəni bu şərtləri yerinə yetirməyən mobil operatorlarla müqavilə imzalanmaya və beləliklə onlar lisenziyadan məhrum edilə bilərlər.

Mənbə: ANS PRESS

15 sentyabr 2015
GO BACK