Qadin.NET / Leysan yağacaq

Leysan yağacaq

Leysan yağacaq
Bakıda havanın maksimal temperaturu 29 dərəcə isti olacaq, rayonlarda isə leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında sentyabrın 16-da şimşək çaxacağı, fasiələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

 

15 sentyabr 2015
GO BACK