Ermənilər Bakıda məğlub oldular
Şahmat üzrə Dünya Kuboku davam edir.Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 mərhələsinin ilk görüşləri keçirilib.Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtımıza gələn 4 erməni şahmatçısından üçü mübarizəni davam etdirir. Bu gün onlar qalib gələ bilməyiblər. Levon Aronyan qara fiqurlar ilə ukraynalı Aleksandr Areşenko ilə heç-heçə oynayıb. Eyni nəticə digər erməni şahmatmısı Nabriel Sarkisyan (ağ fiqurlar) ilə fransalı Maksim Vaşye-Lyaqrava arasında qeydə alınıb.Qrant Melkumyan (qara fiqurlar) isə kubalı Lenyer Dominqezə məğlub olub.Xatırladaq ki, daha bir erməni şahmatçısı Samvel Ter-Saakyan 1/64 mərhələsində mübarizəni dayandırıb.
Mənbə: Milli.Az
14 sentyabr 2015
GO BACK