Qadin.NET / Azərbaycandan Avropaya şok cavab

Azərbaycandan Avropaya şok cavab

Azərbaycandan Avropaya şok cavab
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib.
Qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.
Qərarda o da bildirilir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub.
Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil. Ötən il formalaşan yeni tərkibindən sonra Avropa Parlamentinin sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur.Bildirilir ki, indi Avropada davam edən mühacir problemi, irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həminAvropa Məhkəməsidir ki, bir müddət əvvəl “Çıraqov qardaşları Ermənistana qarşı” işlə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək.
Qərarda daha sonra deyilir: "Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
- Pozucu fəaliyyətlərə son qoyulsun;
- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin;
- Azərbaycana qarşı konstruktiv addımlar atılsın;
- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
- Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
 Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".ANS PRESS xatırladır ki, avqustun 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb. Qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.
Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırıb.
Həmçinin Avropa Parlamentinin Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə ölkəyə nümayəndə heyəti göndərməsi təklif olunub. Qətnamə Avropa İttifaqı ilə Azərbaycan, müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında qarşılıqlı hörmətə əsaslanan ciddi danışıqların vacibliyini qeyd edir.
Parlamentarlar Azərbaycan rəsmilərini Avropa Şurası və ATƏT kimi regional təşkilatlarla işləməyə və onların nümayəndələrinin Azərbaycana səfərlərini asanlaşdırmağa da çağırıblar və ATƏT-in Bakı ofisinin bağlanmasından təəssüflərini ifadə ediblər.

mənbə: ANS PRESS

14 sentyabr 2015
GO BACK