Balaxanı, Binəqədi, Səbail və Masazırda enerji ehtiyatları yaşayış üçün təhlükə yaradır. Bir neçə gün əvvəl Ağdaşda verdiyi müsahibəsində Rövnəq Abdullayev Masazırda şist sızmasının bəzi yaşayış yerlərində həyat üçün təhlükə yaratdığını bildirib. O, neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz yerləşən həmin evlərin qanunsuz tikildiyini qeyd edib. "Masazırın bəzi yerlərində yeraltı qrunt qaz sızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, ARDNŞ, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir", - deyə ARDNŞ-nin prezidenti bildirib.
Mənbə: Milli.Az