ANS PRESS-in məlumatına görə Şırnak bölgəsinin valiliyinin yaydığı yazılı bəyanata görə, sakinlərin həyat və mülkünün qorunmasını təmin etmək məqsədilə axşam saat 19.00-dan sonra küçələrə çıxmaq qadağan edilib.
Bundan əvvəl, şənbə günü 9 gün davam etmiş Cizrədəki hərbi vəziyyət naməlum müddətə ləğv olunmuşdu.
Ötən gün qadağanın müvəqqəti olaraq qaldırılmasından istifadə edən əhali körpə və uşaqlar da daxil olmaqla 16 nəfərin nəşini toplu şəkildə qılınan cənazə namazından sonra torpağa tapşırıb.
Ölənlərin çoxu 4 sentyabr tarixində komendant saatı vaxtı PKK-a qarşı əməliyyatların keçirildiyi vaxt ortaya çıxan toqquşmalarda həlak olan fəallardır. Digərləri isə müxtəlif xəstəliklər və digər səbəblərdən vəfat edən Cizrə sakinləridir.
CNN Türkün məlumatına görə, hərbi vəziyyət ləğv olunana kimi cənazələr sürətlə parçalanmaması üçün morqda dondurulub. Xalqların Demokratik Partiyası (HDP) kütləvi dəfn mərasimində 50 minə yaxın sakinin iştirak etdiyini bildirib.
Mənbə: ANS PRESS