ANS TV-nin məlumatına görə, Yohannesburqda alimlər insanların əcdadı olan “Home Naledi”ni nümaiş ediblər.
Yeni tapılan insan növü 3 milion il bundan əvvəl Afrikada yaşayıb. Təqdqiqatçılar Cənubi Afrika Respublikasında 15 skeletin fraqmentini aşkar ediblər.
Alimlərin fikrinçə, “Homo Naledi” alovdan istifadə edib və öz tayfalarından olan ölüləri də dəfn ediblər.
Tapılan skeletlərdən biri təxmini 145-150 santimetrlik varlığa aiddir. Bu insa növünün güclü əzələ kütləsi və adam yumruğu ölcüsündə beyni var idi.
Onun ayaqları müasir insan ayaqlarından fərqlənmir.
Mənbə: ANS PRESS