Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, gündüz şərq küləyi əsəcək, havanın hərarəti gündüz 25-30°, gecə 19-23° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 17-22°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Mənbə: Milli.Az