ANS PRESS-in məlumatına görə, İstanbulda dünən günorta saatlarından yağan yağış hələ də dayanmayıb. Yağış ölkədə selin yaranmasına səbəb olub. Yollar sıradan çıxıb.
Sürücülər idarəetməni itirərək maşınlarını yolların kənarında saxlayıblar. Bundan başqa bəzi evlər də su altında qalıb. Suyun səviyyəsi bəzi əarzilərdə yüksək olduğundan ağaclar, maşınlar, beton səkilər də su altında qalıblar. Yağış elektrik enerjisinə də öz təsirini göstərib. Belə ki, bir çox evlər işıqsız qalıb.
Evini su basan türk vətəndaşı hadisəni belə danışır: "Su bir anda gəldi. Evdə mebellər, elektik avandanlıqlar sıradan çıxıb. Nə edəcəyimizi, hara gedəcəyimizi bilmirik."
Mənbə: ANS PRESS