Qadin.NET / Bakı-Sumqayıt qatarı ilə bu yerlərə də getmək mümkün olacaq

Bakı-Sumqayıt qatarı ilə bu yerlərə də getmək mümkün olacaq

Bakı-Sumqayıt qatarı ilə bu yerlərə də getmək mümkün olacaq
Bakı-Sumqayıt qatarının əhatə dairəsi genişlənəcək.
ANS PRESS-in məlumatına görə, yaxın günlərdə sərnişinlər Bakı-Sumqayıt yolundan istifadə edərək, Bakı bağlarına da gedə biləcəklər. Bunu ANS PRESS-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov açıqlamasında deyib. Onun sözlərinə əsasən, Bakı-Sumqayıt yolunun bir hissəsi təmir olunaraq, istifadəçilərin öhdəsinə verilib. 
"Deməli, Bakı-Sumqayıt-sərnişin dairəsini iki hissəyə bölməklə, birinci hissəsində artıq təmir işləri yekunlaşıb və istifadəyə verilib. İkinci hissədə isə təmir işləri yekunlaşandan sonra dairəvi hərəkət tamamilə sona çatacaq. İndi sərnişinlər Bakı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt istiqamətində gedə bilirlərsə, ikinci yolun təmirindən sonra, Zabrat-Novxanı tərəfdən keçə biləcəklər. O zaman Bakı kəndlərinə gedənlər rahat bu qatarlardan istifadə edərək, evlərinə çata bilərlər", - deyə Nadir Əzməməmədov əlavə etdi.Yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb. Sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılıb.
Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 4 yeni platforma inşa olunub. Onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir. Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.
Hərəkət qrafikinə gəldikdə isə, gediş haqqının pulsuz olacağı üç gün ərzində Bakı-Xırdalan-Sumqayıt qatarı gün ərzində iki dəfə Sumqayıta yola düşəcək. İlkin qrafikə əsasən qatarlar Bakıdan səhər saat 08:00 və axşam 20:00-da Sumqayıta yola düşəcək. Əks istiqamətdə, yəni Sumqayıtdan Bakıya doğru qatarlar səhər 09:30 və 21:30-da hərəkət edəcək. 
"Saat 06:00-dan 12:00-dək və 16:00-dan 21:00-dək yarım saatlıq intervalla qatarlar Bakıdan Sumqayıta və əksinə yola düşəcək. 12:00-16:00 aralığında isə qatarlar bir saatlıq intervalla hərəkət edəcəklər. Qrafik gələcəkdə dəyişdirilə bilər".Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək.

Mənbə: ANS PRESS

13 sentyabr 2015
GO BACK