Qadin.NET / Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord
Real Madridin oyunçusu Kriştiano Ronaldo "Espanyol"la matçda rekorda imza ataraq ikinci dəfə klub tarixinə düşüb.
ANS PRESS-in məlumatına görə, futbolçu İspaniya liqası çərçivəsində keçirilən "Real Madrid" - "Espanyol" qarşılaşmasında 5 qol vurub. 6:0 başa çatan oyunda son qolu isə Kərim Benzema qapıdan keçirib. 
Ronaldo vurduğu 5 qolla "Real Madrid" klubunun tarixinə ikinci dəfədir ki, bir oyunda ən çox qol vuran oyunçu kimi adını yazdıra bilir.
Bundan əvvəl o, Qranada ilə qarşılaşmada bu uğura imza atıb. Matçda vurulan 9 qoldan 5-ni Ronaldo qapıdan keçirə bilib. Ümumilikdə Ronaldonun La liqa tarixində ən çox qol vuran futbolçular sırasında 2 pillə yüksələrək dördüncü sıraya yiyələnib. Ronaldonun qaşısında isə keçmiş futbolçu Hugo Sançez (234 qolla) və Telmo Zarra (251 qolla) var. Onun ən böyük rəqibi isə Barselonalı futbolçu Lionel Messidir (286 qol).Ronaldo qazandığı uğur barədə mətbuata heç bir açıqlama verməyib. Səbəb isə keçən mövsüm mətbuata informasiya verməmək barədə verdiyi qərardır. 

Mənbə: ANS PRESS

13 sentyabr 2015
GO BACK