Qadin.NET / Merkel Facebook-a xəbərdarlıq etdi

Merkel Facebook-a xəbərdarlıq etdi

 

Merkel Facebook-a xəbərdarlıq etdi

Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel "Facebook" rəhbərliyini sosial şəbəkədə irqçi şərhlərin yayılması ilə mübarizədə daha aktiv səy göstərməyə çağırıb. Milli.Az ISTnews-a istinadən bildirir ki, Merkel bu gün "Reynişe post" qəzetinə müsahibəsində belə fikir söyləyib. 

 

"İnsanlar sosial şəbəkələrdə əhalinin bir hissəsini digər insanlara qarşı qızışdırdıqda, yalnız dövlət deyil, həm də "Facebook" şirkəti belə fikirlərin yayılması ilə mübarizə aparmalıdır" - Merkel vurğulayıb.
 Kansler deyib ki, "Facebook" artıq qanun toplusuna malikdir, yalnız onu tətbiq etmək qalıb.

Mənbə: Milli.Az

13 sentyabr 2015
GO BACK