Onun sözlərinə görə, zəvvarlarımız Məkkə şəhərinə bir neçə gün sonra - sentyabrın 14-də yola düşəcəklər.
"Zəvvarlarımızın vəziyyəti yaxşıdır, heç bir problem yoxdur. Onlar Mədinə şəhərində öz ibadətlərini yerinə yetirirlər. Kəbədə baş verən hadisənin bizə heç bir aidiyyəti yoxdur", - deyə Hacı Həmdullah Babayev əlavə edib.
Dünən Məkkə şəhərindəki Məscidi-Haramda təmir və restovrasiya işləri aparan böyük kranlardan biri aşıb. Həcc mövsümü və cümə günü olduğundan məscid ərazisində böyük izdiham olub və 107 zəvvar dünyasını dəyişib. Bundan başqa 238 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da Kəbədə baş verən faciə zamanı xəsarət alanlar içərisində azərbaycanlıların olmadığını bildirib.
Mənbə: ANS PRESS