Sentyabrın 2-də isə Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb. Bu gün Bakı-Sumqayıt qatarı işə düşür.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nazim Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, ilk qatar saat 14:00-da Sumqayıt istiqamətində hərəkət edəcək.
Bakı-Sumqayıt sürət qatarının işə düşmə vaxtı sentyabrın 15-nə planlaşdırılsada, sonradan onun müəyyən olunan vaxtından daha tez işə düşməsinə qərar verilib.Qatar
İlk işçi qatari ilə QSC-nin rəhbər işçiləri, Sərnişindaşıma, Elektrik-Təchizatı Departamenti, İnfrastruktur Departamenti, Rabitə-Siqnalizasiya departamentinin əməkdaşları və texniki heyət göndərilib.
Mənbə: ANS PRESS