Qadin.NET / Güləşçimiz ikiqat dünya çempionu oldu

Güləşçimiz ikiqat dünya çempionu oldu

Güləşçimiz ikiqat dünya çempionu oldu
Güləşçilərimiz Rio Olimpiadasına 10-cu lisenziyanı qazandı.
ANS TV-nin məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan Dünya və Avropa çempionumuz Hacı Əliyev okeanın o tayında da rəqib tanımayıb. İlk olaraq moldovalı, daha sonra Yapon idmançıların kürəyini yerə vuran Hacının yarımfınalda qarşısını bolqarıstanlı güləşçi də kəsə bılməyib. 
Finalda monqolustanlı rəqibini də yolundan kənarlaşdıran Hacı Əliyev Azərbaycan güləş tarixində ikiqat Dünya çempionluğunu qazanan ilk idmançı kimi düşüb.
İkiqat Dünya çempionu Hacı Əliyev bu qələbəsini bütün Azərbaycan xalqına hədiyyə etdi. Yenicə ata olan idmançı qızıl medalı özündən sonra qıznın boynuna keçirtməyi arzulayır. 
Bu çəki dərəcəsində Rio Olimpiyadasına lisenziya verilməsə də digər çəkilərin mübarizəsində sərbəst güləhçilərimiz yığmamızın aktivinə daha 2 lisenziya yazdıra bilib. 
İlk olaraq 86 kq-da mübarizə aparan Məhəmmədhacı Xatıyev yarışı 5-ci pillədə başa vurduğundan Rioya vəsiqəni təmin edə bilib.
97 kq-da mübarizə aparan kapitanımız Xetaq Qazyümov isə Dünya çempionatının qızıl və gümüş medallarını qazana bilməsədə çempionatı 3 –cü pillədə bitirdiyindən gələn il Olimpiyadada bunun əvəzini çıxmaq şansını əldən verməyib.

Mənbə: ANS PRESS

12 sentyabr 2015
GO BACK