Qadin.NET / Kəbədə baş vermiş faciədə azərbaycanlıların olması araşdırılır

Kəbədə baş vermiş faciədə azərbaycanlıların olması araşdırılır

Kəbədə baş vermiş faciədə azərbaycanlıların olması araşdırılır
"Səudiyyə Ərəbistanın Məkkə şəhərində baş vermiş kran faciəsi zamanı ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub - olmaması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır. " 
Bu sözləri ANS PRESS-ə açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Dünən Məkkə şəhərindəki Məscidi Haram ərazisində təmir və restovrasiya işləri aparan böyük kranlardan biri aşıb. Hadisə Həcc mövsümünə və cümə gününə təsadüf etdiyindən məscid ərazisində böyük izdiham olub və 107 zəvvar dünyasını dəyişib. Həmçinin 238 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Hazırda hadisə yerində Mülki Müdafiə dəstələrinin xilasediciləri araşdırmalara davam edir. Ölü sayının artacağı istisna olunmur.
İlkin versiyalara görə, kranın ildırım vurması nəticəsində və ya güclü külək səbəbindən aşdığı deyilsə də dəqiq səbəblər araşdırmalardan sonra məlum olacaq. 

Mənbə: ANS PRESS

12 sentyabr 2015
GO BACK