Qadin.NET / Türkiyə PPK-nın "belini qırdı"

Türkiyə PPK-nın "belini qırdı"

Türkiyə PPK-nın "belini qırdı"
Türkiyə ordusu PKK-nın ən böyük silah anbarlarını yerlə yeksan edib.
ANS PRESS-in məlumatına görə, F-16 və F-4 2020 tipli qırıcı təyyarələrlə bonbalanan anbarlardan 2 saatdan çox partlayış səsləri gəlib.
Şimali İraqda və Kandil dağı ətrafında həyata keçirilən əməliyyatlarda ilkin məlumata görə, 60 terrorçu öldürülüb. 
Türkiyə ordusu həmçinin 21 ədəd hücum təyyarəsindən istifadə etməklə terrorçuların İraqın Kandil, Hakurk, Avaşin, Metina, Basyan, Gara və Zap bölgələrində yerləşən düşərgələrinə 64 dəfə zərəb endiriblər. Bombardımanda 80 ədəd “ağıllı bombadan”da istifadə edilib. 
Qırıcılar həmçinin Ağrı dağda gizlənən silahlılara qarşı əməliyyatlara başlayıb.
Digər bir əməliyyat Bitlis şəhərinin Tatvan qəsəbəsində baş tutub. Nəticədə silahlılara məxsus gizli anbar aşkar edilib. Əməliyyatda 60 ton partayıcı , xeyli miqdarda ərzaq və silah-sursat ələ keçirilib.Türkiyə ordusunun və polisin 22 iyuldan bəri həyata keçiridiyi əməliyyatlarda 1183 terrorçu öldürülüb. Türkiyə ordusu Dağlıca bölgəsində baş verən terror hücumlarından sonra əməliyyatlarının miqyasını artırıb. Terror hücumunda Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılmışdı. Hadisə nəticəsində 16 əsgər şəhid olub.

Həyata keçirilən əməliyyatlara baxmayaraq, terrorçular bu gecə ərzində də polisə və dinc sakinlərə qarşı hücumlarını davam etidiriblər.

Mənbə: ANS PRESS

12 sentyabr 2015
GO BACK