Qadin.NET / Uzunömürlü olmaq istəyənlərə xəbər var

Uzunömürlü olmaq istəyənlərə xəbər var

 

Uzunömürlü olmaq istəyənlərə xəbər var

Dünya üzrə yaşlı insanların daha rahat yaşaması üçün bir neçə ölkə adları açıqlanıb. 
ANS PRESS-in məlumatına görə, alimlər yaşlı insanların hansı ölkədə daha rahat yaşaması haqqında siyahı tutublar. Siyahıda birinci yeri İsveçrə tutur. Sonra da reytinqdə Norveç,İsveçAlmaniyaKanadaNiderlandİslandiyaYaponiyaABŞ və Böyük Britaniya kimi ölkələrin adları çəkilir. Rusiya 96 ölkə adı olan siyahıda 65-ci yeri tutur.
Siyahıda adları çəkilən ölkələr sağlamlıq vəziyyəti, təhsil səviyyəsi, məşğulluq və əlverişli mühitin olması ilə seçiliblər. Statistikaya görə, Yer kürəsinin dünya əhalisi sürətlə qocalır. 2050-ci ilə qədər 96 ölkədən 46-nın təxminən 30% əhalisi 60 yaşından yuxarı olması ilə seçiləcək. "Buna hazırlaşmaq lazımdır", - deyə ekspertlər hesab edirlər.
İndi uzunömürlülük yaş qrupuna görə, ölkələr arasında böyük fərq müşahidə olunur. Məsələn, Yaponiyada 60 yaşlı insanın hələ 26 il də yaşamaq şansı var, lakin Əfqanıstanda 60 ildən sonra cəmi 16 il yaşaya bilər. Bundan başqa, yaşamaq səviyyəsinin get-gedə aşağı düşməsinə səbəb gender diskriminasiyasıdır. Bundan da ən çox qadınlar əziyyət çəkirlər. Belə ki, onlar kişilərə nisbətən az qazanırlar, kişilərə nisbətən də az aktiv həyat sürürlər. Yoxsulluq da yaş müddətinin azalmasına səbəb olur. 
Yeri gəlmişkən, alimlər yoxsulluğa görə də böyük fərqi qeyd ediblər. Cənubi Koreyada bu 48,5%, İslandiyada isə cəmi 1.6%-dir. 

 

Mənbə: ANS PRESS

12 sentyabr 2015
GO BACK