Kəbədə ölənlərin sayı 107 oldu
Səudiyyə Ərəbistanı Məkkə şəhərindəki Məscidi Həramda baş vermiş kran faciəsində dünyasını dəyişənlərin sayı 107-yə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə Məkkə Mülki Müdafiə komissiyasının sosial şəbəkədəki səhifəsində xəbər yayılıb. Xəbərdə həmçinin hadisə nəticəsində xəsarət alanların sayının 238 olduğu bildirilir. Məkkə əmiri şahzadə Faysal Xalid də hadisə yerində olub və baş verənlər barədə məlumat alıb. Əmirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sultan əl Dosari isə yaralılara hər cür dəstəyin verilməsi və problemin aradan qaldırılması üçün bütün qüvvələrin səfərbər olduğunu deyib.
Mənbə: ANS PRESS
12 sentyabr 2015
GO BACK