Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ANS PRESS-ə verdiyi məlumata görə mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 25-28° isti,Bakıda gecə 20-22° , gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə sentyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sentyabrın 13-14-də meteoroloji amillərin normalıq sutkalıq gedişi müsbət amil olsa da, bəzi saatlarda havada rütubətliyin normadan çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Mənbə: ANS PRESS